İsrail hərbçiləri Livanda "Hizbullah"ın obyektlərinə aviazərbələr endiriblər

İsrail Müdafiə Ordusu (SAXAL) bazar ertəsi gecə, kəşfiyyat məlumatlarına əsaslanaraq Livanda yerləşən şiə "Hizbullah" hərəkatının bir sıra obyektlərinə aviazərbələr endirib.
"Ulusum".az İnterfaks-a istinadən xəbər verir ki, Ordunun Telegram kanalında yayımlanan məlumatda bildirilir ki, zərbələr raket buraxılış platformasına, hərbi obyektə və "Hizbullah" tərəfindən silah qaçaqmalçılığı üçün istifadə edilən Suriya-Livan sərhədi boyunca marşrutlara endirilib.
İsrail tərəfi bu obyektlərin "İsrail arxa cəbhəsi və SAXAL üçün təhlükə" təşkil etdiyini vurğulayıb.
"SAXAL, atəşkəs razılaşmasına uyğun olaraq İsrail dövlətinə qarşı hər hansı təhdidi önləmək və "Hizbullah" terror təşkilatının öz qüvvələrini bərpa etməyə hər hansı cəhdini dayandırmaq üçün fəaliyyətini davam etdirir", - deyə ordu nümayəndələri qeyd edib.
Livandan bu zərbələrin nəticələri ilə bağlı hələlik məlumat daxil olmayıb.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO