Times: Britaniyada hər gün 50 nəfər xəstəxanada yardım gözləyərək həyatını itirir
Times qəzetinin məlumatına görə, Böyük Britaniyada hər gün təxirəsalınan tibbi yardım səbəbindən təxminən 50 nəfər həyatını itirir. Nəşr, aparılmış analizə istinad edərək, təxirəsalınan tibbi xidmətlərin nəticəsində hər gün bu qədər ölümün baş verdiyini bildirir.
Britaniyanın iri xəstəxanaları, qış dövründə qrip və digər viral xəstəliklərdən əziyyət çəkən xəstələrin sayının artması ilə bağlı çətinliklərlə üzləşir. Bəzi hallarda təcili tibbi yardım bölmələrində gözləmə müddəti 50 saata qədər uzanır. 2024-cü ilin dekabrında isə təxminən 167 min xəstə 12 saatdan çox gözləyib.
Eyni zamanda, tibbi xidmətlərdəki gecikmələr nəticəsində 2024-cü ildə əlavə olaraq 16 min ölüm qeydə alınıb. Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) nümayəndələri ötən ilin oktyabrında yerli təcili yardım həkimlərinə “at və get” sxemini tətbiq etməyi tövsiyə ediblər. Bu sxem, həkimlərin xəstələri xəstəxana koridorlarına qoyaraq, infarkt, insult və digər ciddi sağlamlıq problemləri yaşayan xəstələrə daha çox diqqət ayırmalarını nəzərdə tutur.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi