Vaşinqtonda keçmiş prezident Cimmi Karterin vida mərasimi keçirilib
Vaşinqtondakı Katedral Kilsəsində 30 dekabrda vəfat edən ABŞ-ın keçmiş prezidenti Cimmi Karterə vida mərasimi keçirilib. Mərasimdə, Karterin cənazəsi ABŞ bayrağına bürünmüş şəkildə hərbçilər tərəfindən Kapitolun şərq pilləkənləri ilə daşınıb. Sonra keçmiş prezidentin cəsədi Katedral Kilsəsinə gətirilib. Mərasimdə Karterin xatirəsinə 21 toplu atəş açılıb.
Mərasimə ABŞ-ın hazırkı prezidenti Co Bayden və seçilmiş prezident Donald Tramp, həmçinin bütün həyatda olan keçmiş prezidentlər - Barak Obama, Corc Buş və Bill Klinton da qatılıblar. Bayden, mərasimdə çıxış edərək, Cimmi Karterlə olan dostluğunun ona şəxsiyyətin gücünün, hakimiyyət və titullardan daha böyük bir şey olduğunu öyrətdiyini vurğulayıb.
Karterin həyatına və prezidentlik dövrünə həsr olunmuş mərasimdən sonra, onun cəsədi doğma ştatı Corciyaya göndəriləcək. Orada Maranata Baptizm Kilsəsində xatirə mərasimi keçiriləcək, sonra isə Karter həyat yoldaşı Rozalin ilə birlikdə doğma şəhəri Pleyndə dəfn ediləcək.
9 yanvar tarixində ABŞ prezidenti Bayden, Cimmi Karterin ölümünə görə milli matəm günü elan edib.
Xatirladaq ki, Cimmi Karter 30 dekabr gecəsi 100 yaşında vəfat edib.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi