Nepal hökuməti etirazlardan sonra sosial şəbəkə qadağasını ləğv etdi
Nepal hökuməti kütləvi etirazlardan sonra sosial şəbəkələrə qoyulan qadağanı ləğv edib. BBC yazır ki, etirazlar zamanı ən azı 19 nəfər həlak olub.
Rabıtə naziri Prithvi Subba Gurung bildirib ki, qərar “Z nəsilinin tələblərinə cavab olaraq” qəbul olunub.
Qadağa bir neçə gün məhkəmə qərarı ilə qüvvədə idi. Məhkəmə sosial platformaların Rabitə Nazirliyində qeydiyyatdan keçməsini və kontentin monitorinqinə razılıq verməsini tələb edirdi. Lakin Facebook, X və YouTube da daxil olmaqla, heç bir böyük şəbəkə bu şərtləri qəbul etmədi.
Katmandu və digər şəhərlərdə keçirilən etiraz aksiyaları toqquşmalara çevrildi: polis gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə etdi. Paytaxtda 17 nəfər, İtahari şəhərində isə 2 nəfər həlak olub. Ölkədə komendant saatı elan edilib, ordu küçələrə çıxarılıb.
Nepalda milyonlarla insan sosial şəbəkələrdən yalnız ünsiyyət üçün deyil, həm də biznes və turizm məqsədilə istifadə edir. Buna görə də qadağa cəmiyyət üçün son dərəcə həssas qəbul olunub.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO