Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Şimali Kipr Türk Cumhuriyyətinin paytaxtı Levkoşa şəhərində “Türk dünyası Levkoşa şeir axşamları” keçirildi.
Bütün türk xalqları, türk dünyasının seçilən şairləri yavru vətən Kiprdə bir araya gəldi.

Vətəndaş Həmrəyliyi Partiyasının Qadın Qollarının sədri, AYB-nin üzvü, ictimai fəal və şair Aysel Xanlarqızı, Ulusum.az-a açıqlamasında Şimali Kiprdə keçirilən “Türk Dünyası Levkoşa Şeir Axşamları”nı böyük bir mədəniyyət hadisəsi kimi dəyərləndirib:

Aysel Xanlarqızı bildirib ki, bu kimi beynəlxalq poeziya platformaları millətlər arasında qarşılıqlı hörmət və anlaşma mühitini gücləndirir:

Aysel Xanlarqızı sonda vurğulayıb ki, Vətəndaş Həmrəyliyi Partiyasının qadın qolu olaraq belə tədbirlərdə iştirak qadın sözünün güclənməsi, gənclərə örnək, milli kimliyin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır:

Ulusum.az

“Levkoşa bu günlərdə sadəcə poeziya deyil, türk dünyasının birliyi üçün də mərkəzə çevrildi. Ədəbi dəyərlər, ortaq tarixi yaddaş, dil və hisslər bir səhnədə birləşdi. Biz orada təkcə şeir oxumadıq – biz qardaşlığımızı, ortaq gələcəyə olan inamımızı səsləndirdik.”

Aysel Xanlarqızı bildirib ki, bu kimi beynəlxalq poeziya platformaları millətlər arasında qarşılıqlı hörmət və anlaşma mühitini gücləndirir:
“Poeziya – duyğuların dili, xalqın ruhudur. Biz bu ruhu Kiprdə Azərbaycan adına yüksək səviyyədə təmsil etdik. Xuraman Muradova xanımla birlikdə çıxışlarımızda təkcə şeir demədik, Azərbaycanın mənəviyyatını, sözə verdiyi dəyəri, qadının gücünü dünyaya göstərdik. Bu, həm də Azərbaycan qadınının mədəniyyət diplomatiyasıdır.”

Aysel Xanlarqızı sonda vurğulayıb ki, Vətəndaş Həmrəyliyi Partiyasının qadın qolu olaraq belə tədbirlərdə iştirak qadın sözünün güclənməsi, gənclərə örnək, milli kimliyin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır:

“Söz bir yerdə güclüdür. Biz də Levkoşada bu gücü yaşatdıq. Türk dünyasının ortaq ruhu – səsimiz, sözümüz daim ucalardan gəlsin.”
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi