Fransada burkini qadağasına Məhkəmə Əngəli
18 iyul cümə günü Nitsa İnzibati Məhkəməsi, Mandelieu-la-Napoule şəhərinin merinin dini geyimlərin çimərliklərdə geyinilməsini qadağan edən qərarının icrasını dayandırdı.
Qərar insan hüquqlarının pozulması kimi qiymətləndirilib və ictimai asayişə real təhdid olmadığı əsas gətirilib.
Qadağa məhkəmə tərəfindən "şəxsi azadlıqlara zidd" hesab edilib.
Fransanın Mandelieu-la-Napoule şəhərinin meri tərəfindən həftənin əvvəlində yayımlanan qərarla, "dini mənsubiyyəti açıq şəkildə nümayiş etdirən çimərlik geyimlərinin", o cümlədən burkininin geyinilməsi qadağan edilmişdi. Bu barədə eurointegration.com.ua, lefigaro.fr-ə istinadla xəbər verir.
Şəhər rəhbərliyi bu qərarı ötən il dini geyimlərlə bağlı yaşanmış bir neçə insident və mümkün iğtişaş qorxusu ilə əsaslandırmışdı.
Lakin inzibati məhkəmə qərarı ləğv edərək bildirib ki, bu qadağa üç əsas azadlığın — hərəkət azadlığı, vicdan azadlığı və şəxsi azadlıq — ciddi və qanunsuz şəkildə pozulmasıdır.
Məhkəmənin fikrincə, Mandelieu-la-Napoule bələdiyyəsi ictimai asayişə real təhlükə olduğuna dair kifayət qədər sübut təqdim etməyib.
Bununla belə, Şəhər Şurası bu qərarı apellyasiya qaydasında şikayət edə bilər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO