Türk markasının dünyaya satdığı şokoladlar geri çağırılır
Amerikada satışda olan, kadayıflı və fıstıqlı "Dubai şokoladı" ezməsi ciddi sağlamlıq təhlükəsi yaratdı. Bu məhsulu qəbul edən 4 nəfər zəhərlənərək xəstəxanalıq oldu, onlardan biri isə xəstəxanaya yerləşdirildi. Hadisədən sonra ABŞ rəsmiləri təcili hərəkətə keçərək məhsulun bazardan geri çağırılmasına başlayıblar.
Minnesota Kənd Təsərrüfatı Nazirliyi 14 iyulda həyata keçirdiyi rutin yoxlamalar zamanı məhsulda salmonella bakteriyası aşkar edib. Bu bakteriya xüsusilə uşaqlar və yaşlılar üçün ölümcül ola bilər. Zəhərlənmənin əsas simptomları arasında qusma, ishal, qızdırma və ürəkbulanma yer alır.
"Economim" saytının məlumatına görə, məhsul Türkiyədə Emek Gıda tərəfindən istehsal olunub və ABŞ-ın 30 ştatında satışda olub. Bundan başqa, həmin şokolad ezməsinin 30 ölkəyə ixrac edildiyi də açıqlanıb.
Rəsmilər istehlakçıları xəbərdar edərək, bu məhsulun dərhal istifadədən çıxarılmasını tövsiyə edirlər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi