Mask “flirt edən botlar” üçün mühəndis axtarır – illik 440 min dollar təklif edir
İlon Maskın sahibi olduğu xAI şirkəti, süni intellekt çat-botu Grok üçün AI-kompanyonlar yaratmaq üzrə proqramçı mühəndis axtarır. İllik əməkhaqqı 180.000 – 440.000 dollar arasında dəyişir (16 iyul 2025-ci il tarixli kursla bu, təxminən 14 – 34,4 milyon rubl edir), üstəlik, namizədə şirkətdən pay və digər bonuslar da təklif olunur. Bu barədə Business Insider məlumat yayıb.
Vakansiya elanında provokativ başlıq yer alıb: “Fullstack Engineer – Waifus”. “Waifu” termini pop-mədəniyyətdə ideal anime sevgilisi mənasında işlədilir və ehtimal ki, bu, Grok üçün təqdim edilən anime-qız Aña Forger obrazına işarədir.
Grok istifadəçilərinə hal-hazırda iki süni intellekt obrazı təqdim olunub: Aña Forger və qırmızı panda Rudi. Rudinin bir də “Pis Rudi” adlı aqressiv, söyüşkən alter-eqosu var. Tezliklə isə kişi anime personajı da istifadəyə veriləcək. Əvvəllər bu funksiya yalnız pullu abunəçilərə açıq idi, indi isə Grok-un iOS istifadəçiləri üçün pulsuzdur.
Yeni AI-yoldaşlar cəsarətli və sərbəst davranışları ilə fərqlənir. Aña flirt edən tərzdə danışır və uzun söhbət zamanı alt paltarı geyimində görünə bilir. “Pis Rudi” isə istifadəçini söyə və təhqiramiz ifadələr işlədə bilir.
Vakansiya açıqlamasında qeyd olunur ki, xAI komandası sürətli, etibarlı və miqyaslana bilən avatarlar yaratmaq üçün istedadlı mühəndislər və məhsul üzrə mütəxəssislər axtarır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Şouya deyil, ədalətə ehtiyac var
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN