Zelenski Moskva ilə danışıqlar üçün şərt irəli sürdü
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyayla gələcək danışıqlara yalnız bir şərtlə razı ola biləcəyini bildirib.
“Biz tərəflərin İstanbulda ikinci görüş zamanı razılaşdırdığı məsələləri sona çatdırmalıyıq – yəni o vaxt razılaşdırılmış dəyişmələri tamamlamaq vacibdir,” – deyə Zelenski 10 iyul tarixində Romada keçirilən Ukraynanın müharibədən sonrakı bərpası üzrə 4-cü beynəlxalq konfrans çərçivəsində təşkil olunmuş mətbuat konfransında bildirib. Onun sözlərini “Suspilne” telekanalı yayıb.
2 iyun tarixində İstanbulda Ukrayna və Rusiya nümayəndələri arasında baş tutan birbaşa danışıqların ikinci raundunda, ağır yaralı hərbçilərin və 25 yaşa qədər olan əsirlərin dəyişdirilməsi, həmçinin hər iki tərəfin müharibədə həlak olmuş 6000 hərbçi cəsədini bir-birinə təhvil verməsi ilə bağlı razılıq əldə edilmişdi.
Bundan sonra 9, 10, 12, 19 və 20 iyun tarixlərində əsir mübadiləsi, eyni zamanda ölənlərin cəsədlərinin dəyişdirilməsi həyata keçirilib.
Zelenskinin fikrincə, yaxın vaxtlarda bu dəyişmələr yekunlaşacaq. “Yalnız bundan sonra komandalar liderlər səviyyəsində görüşün hazırlanması üzrə effektiv variantı müzakirə edə bilər,” – deyə o əlavə edib.
Zelenski üçün ən optimal format, Ukrayna–Rusiya–ABŞ dövlət başçıları səviyyəsində birbaşa görüşdür. Onun sözlərinə görə, masada təkcə sözlər deyil, həm də “konkret zəmanətlər” səslənməlidir.
Eyni zamanda Zelenski xatırladıb ki, Vatikan, Avstriya, İsveçrə və Türkiyə artıq belə danışıqlar üçün neytral platforma təklif ediblər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Şouya deyil, ədalətə ehtiyac var
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN