ABŞ-da səs-küylü araşdırma: Sabiq MKİ və FTB rəhbərlərinə cinayət işi açıldı
ABŞ-da sabiq Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan və sabiq Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Ceyms Komi barəsində cinayət işi başlanıb.
Bu barədə Fox News telekanalı ABŞ Ədliyyə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, iş Donald Trampın Rusiya ilə mümkün əlaqələri və Moskvanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı aparılan araşdırmalar zamanı Brennan və Komi tərəfindən prosedur pozuntuları və yalan ifadələrin olub-olmadığını müəyyən etmək məqsədi daşıyır.
3 iyul tarixində MKİ tərəfindən yayımlanan hesabata əsasən, Rusiya müdaxiləsi ilə bağlı ABŞ kəşfiyyat orqanlarının hesabatı prosedur qaydalarının pozulması ilə hazırlanıb və siyasi motivli ola bilər. Sənəd hazırkı MKİ direktoru Con Rətkliffin göstərişi ilə tərtib olunub.
Nəticədə, Rətkliff sosial şəbəkə X-də paylaşım edərək bildirib ki, 2016-cı il seçkiləri ilə bağlı hesabat korrupsiyalaşmış və siyasi maraqlarla yüklü bir prosesin nəticəsi olub və bu prosesdə Brennan ilə Komi-nin də adı keçir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi