Atəşkəsdən sonra gərgin zəng – Tramp İsraildən narazıdır
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahuya səsini yüksəldiyi və “Hücumu dayandırın!” dediyi bildirilir. Bu hadisə İsrail və İran arasında elan edilmiş atəşkəsdən sonra İsrail hərbi təyyarələrinin Tehran istiqamətində hərəkətə keçməsi zamanı baş verib.
Jerusalem Post qəzetinin yüksək rütbəli İsrail mənbəsinə istinadla yaydığı məlumata görə, Tramp və Netanyahu arasında səhər saatlarında baş tutan telefon danışığı gərgin keçib.
Tramp, İsrailin atəşkəsi pozaraq İranı bombalamaq niyyətinə sərt reaksiya verib və Netanyahudan hücumu dayandırmağı tələb edib. Mənbənin sözlərinə görə, Netanyahu Trampın qarşısında susub və dəfələrlə təşəkkür etməklə kifayətlənib.
Daha sonra İsrail pilotlarına planlaşdırılan hədəflər əvəzinə yalnız radar stansiyasını vurmaq əmri verilib. Bu, kompromis addım kimi qiymətləndirilir.
Digər tərəfdən, ABŞ Qətər vasitəsilə İrana mesaj göndərərək hücumları davam etdirməməyə çağırıb.
Tramp daha sonra açıqlamasında İsrailin atəşkəsdən sonra "misli görünməmiş" hücum həyata keçirdiyini, həm İsraildən, həm də İrandan narazı olduğunu bildirib:
“Bu vəziyyət məni qane etmir – nə İran, nə də İsrail məni razı saldı”, – deyə vurğulayıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Populyar Xəbərlər