Yaxın Şərqdəki toqquşma Ukraynanı zərbə altında qoyurmu?
İsrail ilə İran arasında baş verən gərginliyin daha da artması Ukraynanın vəziyyətini xeyli çətinləşdirə bilər. ABŞ Ordusunun istefada olan zabiti Daniel Deyvisin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə uzunmüddətli savaşa çevrilərsə, ABŞ-ın hərbi resurslarının böyük hissəsi bu bölgəyə yönləndiriləcək və Ukraynaya yardımlar tamamilə dayandırılacaq.
“ABŞ texnikasının Ukraynaya ötürülməsi tamamilə kəsiləcək. Hər şey Yaxın Şərqə yönəldiləcək. Çünki orada döyüşlərin nə qədər davam edəcəyi bilinmir. Belə olan halda ABŞ nə varsa, hamısını oraya yönəltməli olacaq”, – deyə o, “Deep Dive” YouTube kanalında bildirib.
Ukrayna mediası da bu barədə xəbərdarlıq edib. “Strana.ua” nəşrində yayımlanan məqalədə qeyd olunur ki, ABŞ-ın İranla uzunmüddətli münaqişəyə cəlb olunması Vaşinqtonun Ukraynaya yardım imkanlarını sıfırlaya bilər. Eyni zamanda neft qiymətlərinin artması Rusiyanın mövqeyini gücləndirə, Qərbdə parçalanma və qeyri-sabitlik dövrü başlaya bilər. “Belə bir vəziyyətdə Qərb ölkələrinin Ukraynaya ayıracaq vaxtı olmayacaq”, – deyə nəşr vurğulayıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Populyar Xəbərlər