Hayfaya birbaşa zərbə – İranın raketləri hədəfə çatdı
İsrailin Təcili Tibbi Yardım Xidməti – Qırmızı Davud Ulduzu (Magen David Adom) birbaşa raket zərbəsi və qəlpə parçalarının isabəti nəticəsində 10-dan çox müraciət aldıqlarını bildirib.
İranın İsrailin mərkəzi və şimal bölgələrinə başlatdığı raket hücumları səbəbilə ölkə üzrə həyəcan siqnalları işə düşüb. Təxminən 30 raketin atıldığı, bəzilərinin müdafiə sistemləri tərəfindən zərərsizləşdirilə bilmədiyi və bir neçə hədəfə dəydiyi qeyd olunur.
Qırmızı Davud Ulduzu, Hayfa şəhərinə isabət edən raket nəticəsində ciddi dağıntıların yarandığını və ilkin məlumatlara əsasən ən azı 11 nəfərin yaralandığını açıqlayıb. Axtarış-xilasetmə işləri hazırda davam edir.
İsrailin “Yedioth Ahronoth” qəzeti füzelərdən bir qisminin açıq ərazilərə düşdüyünü, Hayfa ilə yanaşı ölkənin mərkəzi hissəsində – Shephelah və Tel-Əvivin ətrafında yerləşən Dan Gush bölgəsində də ziyan olduğunu yazıb.
İsrail ordusunun açıqlamasına görə, təhlükə səviyyəsi azaldığı üçün vətəndaşlar sığınacaqlardan çıxa bilər. Axtarış və təxliyə qrupları zərbə alan bölgələrdə fəaliyyətlərini davam etdirir.
Hücuma dair ilk siqnallar səhər saat 07:30-da, İran tərəfindən raketlərin buraxılması ilə qeydə alınıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN