Tramp Baydenin dindirilmə yazılarını açıqlayır – yaddaş problemi gündəmdə
ABŞ-ın prezidenti Donald Trampın administrasiyası, Cozef Baydenin gizli sənədlərin qanunsuz saxlanılması işi üzrə dindirilməsinə dair audioyazıların ictimaiyyətə açıqlanmasına hazırlaşır. The New York Times nəşrinin yazdığına görə, Baydenin yaddaşı ilə bağlı problemlərin qeydə alındığı bu lent yazıları artıq gələn həftə yayımlana bilər.
2024-cü ilin fevralında xüsusi prokuror Robert Hör istintaq zamanı pozuntular aşkar etsə də, Baydenə qarşı ittiham irəli sürməkdən imtina etmişdi. Öz hesabatında o, həmin dövrdə prezident olan Baydenin tərcümeyi-halına dair əsas tarix və hadisələri xatırlamaqda ciddi çətinliklər yaşadığını qeyd etmişdi.
Bayden administrasiyası bu materialların dərcini əngəlləməyə çalışaraq bildirmişdi ki, belə bir addım gələcəkdə oxşar istintaqlara maneə törədə bilər. Trampın bu yazıları yayımlamaq qərarı isə ABŞ-da siyasi çevrələrdə ciddi müzakirələrə səbəb olub.
Donald Tramp dəfələrlə Baydenin qərarlarını və hərəkətlərini tənqid edib. O, xüsusilə 14 aprel 2021-ci ildə Bayden tərəfindən təsdiqlənmiş ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını ölkə tarixindəki “ən biabırçı gün” adlandırıb.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
16-05-2024, 11:25
ABŞ-Çin ticarət müharibəsi yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Cozef Bayden Çindən idxal olunan təmiz enerji
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:40
Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Populyar Xəbərlər
Qənnadçı tort bişirəndirmi?
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq