Bu gün, 09:00 0 Cəmiyyət / Gündəm

Rusiyanın zərbələri nəticəsində Kiyevin 60 faizi işıqsız qalıb

Rusiyanın zərbələri nəticəsində Kiyevin 60 faizi işıqsız qalıb
Rusiya tərəfindən enerji obyektlərinə zərbələrdən bir sutka keçməsinə baxmayaraq, Kiyevin yarıdan çoxu hələ də elektrik enerjisizdir.

Ukraynanın paytaxtı Kiyev Rusiya tərəfindən enerji obyektlərinə edilən hücumlardan sonra ciddi elektrik böhranı ilə üzləşib. Prezident Volodimir Zelenskinin bildirdiyinə görə, zərbələrdən bir sutka keçməsinə baxmayaraq, paytaxtın təxminən 60 faizi hələ də işıqsızdır.

Ulusum.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Hadisə ölkədə sərt şaxtaların hökm sürdüyü bir vaxta təsadüf etdiyindən, minlərlə sakin soyuq mənzillərdə yaşamağa məcbur qalıb. Son dörd ilə yaxın müddətdə enerji sisteminə edilən hücumların intensivləşməsi vəziyyəti daha da ağırlaşdırıb.

Sakinlər gün ərzində cəmi bir neçə saat elektrik enerjisi aldıqlarını, bəzən isə tamamilə işıqsız qaldıqlarını bildirirlər. Elektrik kəsintiləri mobil rabitəyə də təsir edib və “Kyivstar” operatorunun şəbəkəsinin təxminən 10 faizi fəaliyyətini dayandırıb.

Paytaxtda səhər saatlarında havanın temperaturu mənfi 12 dərəcəyə enib, bu da vəziyyəti daha da çətinləşdirib.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.