Liviyada Gərginlik Artır: Tripolidə Silahlı Toqquşmalar Baş Verib
Liviyanın paytaxtı Tripolidə silahlı qruplar arasında şiddətli toqquşmalar baş verib. “Libya Press” agentliyinin məlumatına görə, döyüşlər şəhərdə təhlükəsizlik böhranına səbəb olub. Tripolidə fəaliyyət göstərən Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi əhaliyə müraciət edərək, onların təhlükəsizliyi naminə evlərini tərk etməməyi tövsiyə edib.
Nazirliyin açıqlamasında bildirilir ki, qarşıdurmalar 444-cü Döyüş Briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında baş verib. 444-cü briqadaya Misrata Briqadası dəstək verir. Gərginliyin əsas səbəbi kimi Sabitlik Dəstək Qüvvələrinin rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsi göstərilir. O, Prezident Şurasına tabe qüvvələrin əsas fiqurlarından biri sayılırdı.
Hazırda Tripolinin bəzi bölgələrində atışmalar davam edir. Rəsmi qurumlar şəhərdə təhlükəsizliyin təmin olunması üçün əlavə tədbirlərin görüldüyünü açıqlayıb.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi