Zelenski Putini İstanbula çağırdı – Ancaq Ərdoğanın xəbəri yoxdur
Ukrayna Prezidenti Vladimir Zelenskinin 15 may tarixində Türkiyəyə səfər edəcəyi ilə bağlı açıqlamasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bu barədə heç bir məlumata malik olmadığını bildirib. Bu barədə RIA Novosti məlumat yayıb.
Zelenski daha əvvəl özünün Telegram kanalında Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu və bu görüşü gələn cümə axşamı İstanbulda gözlədiyini bəyan edib:
“Cümə axşamı Putini Türkiyədə gözləyəcəm,” – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, rəsmi Kiyev 12 maydan etibarən uzunmüddətli atəşkəsə ümid edir və bunun gələcək danışıqlara “diplomatik zəmin” yaradacağını bildirib.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Kiyevi Vladimir Putinin təklifinə dərhal cavab verməyə və sülh danışıqlarına başlamağa çağırmasından sonra verilib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:40
Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Populyar Xəbərlər
Qənnadçı tort bişirəndirmi?
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq