Kadrlar Arxasında Qalan Rəngli Dünyalar – Cəbrayıl Əzimov
Bu gün Azərbaycan kino incəsənətinin yaddaşına iz salmış Əməkdar rəssam Cəbrayıl Əzimovun doğumunun 99 ili tamam olur. 🎂🇦🇿
O, Əzim Əzimzadənin adını daşıyan Rəssamlıq məktəbində sənətə ilk addımlarını atdı, daha sonra Moskvada – Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda fırçanı kamera ilə birləşdirməyi öyrəndi.
1953-cü ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında çalışan Əzimov, ömrünün sonuna qədər saysız-hesabsız filmlərin arxasındakı görünməyən qəhrəmana çevrildi. Onun quruluş verdiyi filmlər – “Görüş”, “Leyli və Məcnun”, “Bir qalanın sirri”, “Qızmar günəş altında” və digərləri bu gün də tamaşaçını ovsunlamağa davam edir.
O, bir səhnəni təkcə dekorla deyil, ruhla bəzəyirdi. Hər bir kadra duyğu, hər bir kölgəyə həyat qatırdı...
Cəbrayıl Əzimov 1969-cu ildə bu dünyadan getsə də, sənəti hələ də ekranlarda yaşayır, hər baxışda yenidən doğulur…
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq