Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur.
Əzim Əzimzadə yalnız fırçasıyla yox, həm də düşüncəsiylə zamanına damğa vuran sənətkar olub. O, “Molla Nəsrəddin” jurnalında çəkdiyi kəskin, düşündürücü və bir o qədər də incə yumorla dolu karikaturaları ilə satirik qrafikamızın banisinə çevrilib.
“Baraban”, “Zənbur”, “Tuti” kimi jurnallarda da qələmi ilə cəmiyyətin qaranlıq tərəflərinə işıq tutan Əzimzadə, Sabirin məşhur “Hophopnamə”sinə verdiyi illüstrasiyalarla kitab qrafikasında yeni bir nəfəs yaratdı.
O, təkcə rəsmlə deyil, teatrla da nəfəs alırdı – səhnələrə geyim eskizləri və dekorasiyalarla rəng qatırdı.
Azərbaycanın ilk Xalq rəssamı olan Əzimzadənin əsərləri bu gün dünyanın müxtəlif muzeylərində nümayiş olunur. Onun xatirəsi Bakı küçələrində, adını daşıyan kollecdə, yaşadığı ev-muzeydə və hələ də ruhunun dolaşdığı o bağçadakı büstdə yaşayır.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu