Azərbaycan İsrail xalqları arasında dostluq
İsrailin Afula şəhərində Azərbaycan əsilli şair Mixail Salmanın 75 illik yubileyi və azərbaycanlı rejissor Rüfət Əsədovun “Sevgimizin yolları” adlı sənədli filminin premyerası yüksək səviyyədə keçirilib.

Sənədli film, İsraildə yaşayan və Azərbaycan ilə İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafına verdikləri mühüm töhfələrlə tanınan Mixail və Yeganə Salmanın həyatından bəhs edir.

Tədbir, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub və Afula Bələdiyyəsinin Absorbsiya İdarəsinin rəhbəri İnna Okun, Qiryat Yam şəhər merinin müavini, həmçinin “Azİz - İsrail və Azərbaycan Xalqlararası Əlaqə” Assosiasiyasının prezidenti Adam Amilov və digər qonaqların iştirakıyla keçirilmişdir.

İnna Okun, tədbirdə etdiyi təbrik nitqində Salman ailəsinin Afula şəhərinin mədəni həyatındakı əvəzolunmaz rolunu qeyd edib və şəhər rəhbərliyi adından yubilyara xatirə hədiyyəsi təqdim edib.

Adam Amilov da Mixail Salmanı 75 illik yubileyi münasibətilə təbrik edərək, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubunu və hədiyyəsini yubilyara təqdim edib.

Tədbirin ən maraqlı anlarından biri isə “Sevgimizin yolları” adlı sənədli filmin nümayişi oldu. Filmin izlənilməsi zamanı qonaqların böyük marağına və alqışlarına səbəb olub. Bu film yaxın zamanlarda Qüds şəhərində və bir sıra nüfuzlu kinofestivallarda da nümayiş olunacaq.

Qeyd edək ki, “Sevgimizin yolları” filminin rejissoru Rüfət Əsədov, Azərbaycanda doğulmuş və 60-dan çox bədii və sənədli filmin ərsəyə gəlməsində iştirak edib. Onun çəkdiyi filmlər bir çox mükafatlara layiq görülüb və müxtəlif kinofestivallarda nümayiş etdirilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Hava haqqında xəbərdarlıq
2026 — Qürur, Birlik və Zəfər İli
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN