Aziz Sancar Bakıdadır FOTOLAR
Aziz Sancar silsilə tədbirlərdə iştirak etmək məqsədilə paytaxt Bakıdadır.
Kimya üzrə Nobel mükafatı laureatı, UNEC-in fəxri professoru Aziz Sancar Bakıya səfəri çərçivəsində UNEC-də oldu.
UNEC-dən bildirilib ki, nobel mükafatçısı Aziz Sancar UNEC rektoru professor Ədalət Muradovla birlikdə universitetdə yaradılan Aziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasında tədqiqatçılarla görüş keçirib. Ulusum.az xəbər verir ki, Aziz Sancar öz təəssüratlarını bölüşüb: “Mən Azərbaycanda ilk dəfə 2017-ci ildə Ədalət müəllimin dəvəti ilə olumuşam. Həmin dövrdə müəllim və tələbələrlə çox faydalı və maraqlı görüşlərim baş tutdu. 2021-ci ildə isə hazırda olduğumuz laboratoriyanın açılışında iştirak etmişəm. UNEC-də belə bir laboratoriyanın yaradılması tədqiqatçılar və tələbələr üçün xüsusilə önəmlidir. Keyfiyyətli elmi araşdırmalar, tədqiqatlar üçün laboratoriyalar əvəzsizdir. Gənclər onlar üçün yaradılmış bu imkanı maksimum dərəcədə dəyərləndirsinlər”. Tədqiqatçılar Nobel mükafatçısı, professor Aziz Sancarla görüşdən böyük qürur hissi duyduqlarını bildiriblər və dünya şöhrətli türkiyəli alim elm, təhsil və tədqiqatla bağlı sualları cavablandırıb. Daha sonra Prof.Aziz Sancar müəllifi olduğu “Aziz Sancarın kalemində Hayatı və Bilimi” adlı kitabını imzalayaraq, UNEC-ə hədiyyə edib. Aziz Sancarın UNEC-ə səfəri rektor prof.Ədalət Muradovun, dekanların və struktur rəhbərlərinin iştirakı ilə çay süfrəsi arxasında səmimi və maraqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
