Kori Bokerin 25 saatlıq çıxışı: Trampın siyasətinə etiraz
Bazar ertəsi günü Demokrat senatoru Kori Boker kürsüyə çıxaraq, "fiziki olaraq davam edə bildiyim müddətcə" orada qalacağına bəyan etdi, bu, prezident Donald Trampın siyasətinə etiraz əlaməti idi.
“Ulusum”.az euronews-a istinadən xəbər verir ki, Nyu-Cersi ştatını təmsil edən Amerikanın Demokrat senatoru Kori Boker çərşənbə axşamı günü Senat iclas zalını tərk etdi, çünki onun çıxışı rekord müddətə – 25 saat 5 dəqiqə davam etdi.
Boker, çıxışına bazar ertəsi günü başlamış və çıxış edəcəyinə and içmişdi ki, "fiziki olaraq davam edə bildiyi müddətcə" kürsüdən enməyəcək. Bu tarixi rekord, demokratların prezident Trampın radikal siyasətlərinə qarşı müqavimətini nümayiş etdirmək məqsədini güdür. "Marafonçuya" dəstək olan demokrat həmkarları ona çıxışları arasında fasilə verərək suallar verirdilər.
Demokratlar, tərəfdarlarına Trampın siyasətinə qarşı mübarizədə əllərindən gələni etdiklərini göstərməyə çalışırlar.
Boker çıxışında, Trampın müşaviri Elon Musk tərəfindən yaradılan Hökumət Effektivliyi Departamentinin sosial təminat şöbələrinin kəsilməsi ilə bağlı sərt tənqidlər səsləndirdi. O, həmçinin "seçicilərdən gələn məktubları" oxudu, o cümlədən Trampın Qrenlandiyanı və Kanadayı ilhaq etməsi barədə söylədiklərini və "yaxın gələcəkdəki konstitusional böhran" barədəki narahatlıqları da qeyd etdi.
Boker, 2020-ci il prezident seçkilərində namizədliyini irəli sürmüş, lakin debatlarda iştirak etmək üçün tələb olunan səs həddini keçə bilməmişdi.
Hazırda, Demokratlar yeni nəsil liderlər axtararkən, partiyanın mövcud yaşlı liderlərinə qarşı narazılıq içində olan bir dövrdə, Bokerin bu çıxışı onun partiyada əsas fiqur olaraq mövqeyini möhkəmləndirə bilər.
Çərşənbə axşamı günü on minlərlə insan Bokerin çıxışını Senatın YouTube səhifəsində və digər canlı yayım platformalarında izləyib. Kiçik bir dəstə isə Korpus yaxınlığında toplanaraq ona dəstək göstərib.
Boker çıxışının sonunda, bütün amerikalıları yalnız Trampın siyasətlərinə qarşı mübarizə aparmağa deyil, həm də öz icmalarında daha çox mərhəmət və səxavət göstərməyə çağırıb.
"Əminəm ki, səsim titrəyəcək, amma daha çox danışacağam", - deyə o, vurğulayıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO