Qubada Mətbuat və Jurnalistika günü qeyd olunub - FOTOLAR
Quba rayonunda 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
"Ulusum"un Şimal bürosunun məlumatına görə, Azərbaycan Respublikasının Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ümummilli Liderimizin abidəsi, ardınca “Media şəhidləri parkı”nda şəhid jurnalistlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunmuş, daha sonra orada çay süfrəsi ətrafında media nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxış edərək kütləvi informasiya vasitələrinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etmiş və qeyd etmişdir ki, əsası 149 il əvvəl görkəmli maarifçi və mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzeti ölkəmizdə ilk mətbu orqan olmaqla yanaşı, eyni zamanda mətbuatımızın inkişafına da ciddi təkan vermiş və düzgün yol göstərmişdir. Ölkəmizdə azad mətbuatın formalaşması məqsədilə müvafiq hüquqi bazanın yaradılması, mətbuatda senzuranın ləğvi, söz və fikir azadlığının təmin edilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Sonrakı illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında dövlətimiz tərəfindən bu istiqamətdə xeyli işlər görülmüş və ardıcıl tədbirlər bu gün də davam etdirilməkdədir.
Sonra çıxış edən media nümayəndələri mətbuat işçilərinə göstərilən dövlət qayğısından danışmış və Milli Mətbuat Günü münasibətilə öz həmkarlarını təbrik etmişlər.
Tədbirin sonunda Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə rayonun ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılması sahəsindəki fəaliyyətinə görə bir qrup KİV əməkdaşı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmişdir.
Xanlar Qaraca.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”
Masturbasiya: Zərərli, yoxsa Faydalı? – Androloq Azər Mirzəyev
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
8 Noyabr — Zəfər Günüdür!