"Çimərliklərin təmiz saxlanılması və çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması" mövzusunda regional müşavirə keçirilib
Astarada "Çimərliklərin təmiz saxlanılması və çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması" mövzusunda regional müşavirə keçirilib.
FHN - nin Cənub Regional Mərkəzi Astarada müşavirə keçirib.
Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin iştirakı ilə Astara şəhərində "Çimərliklərin təmiz saxlanılması və çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması" mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Astara Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizlik Agentliyinin Lənkəran-Astara Bölməsinin, Lənkəran
Regional Turizm İdarəsinin, Astara rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, çimərlik operatorlarının, təcili tibbi
yardım stansiyasının və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər. Tədbirdə su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib,
aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə edilib.
Çıxış edən natiqlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların
təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri, çimərlik ərazilərində
fəaliyyət göstərən ictimai iaşə obyektlərində sanitar-epidemioloji vəziyyət və qida təhlükəsizliyi ilə bağlı məlumatlar verilib.
Sonda "Su hövzələrində təhlükəsizlik və davranış qaydaları"na dair videoçarx nümayiş etdirilib.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-04-2024, 12:14
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Ulusum Tv
Bu gün, 14:00
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Sağlamlıq
Bu gün, 13:30
Müasir incəsənətin başlanğıcı: 1768-ci ildən?
Mətbəx
Bu gün, 12:00
ÇUĞUNDUR İKRASI
Mətbəx
Bu gün, 11:15
Diyetik Menyu
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Masturbasiya: Zərərli, yoxsa Faydalı? – Androloq Azər Mirzəyev
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı