Vətən Müharibəsi şəhidi Surxayev Yunis Rafik oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
13 oktyabr 2025-ci il tarixində Sanqaçalda Vətən Müharibəsi şəhidi Surxayev Yunis Rafik oğlunun şəhadətinin beşinci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında baş tutan mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra nümayəndələri, şəhidin ailə üzvləri və sakinlər iştirak ediblər.
Ulusum.аz-a bölgə müxbiri xəbər verir ki, şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Şəhidin ailəsi göstərilən diqqət və ehtirama görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edərək, övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildiriblər.
Mərasimdə şəhidlərin əziz xatirəsinin xalqın yaddaşında daim yaşayacağı vurğulanıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
