2025-ci il üçün dövlət dəstəyi alacaq film layihələrinin qalibləri açıqlandı
Bu müsabiqə milli kino sənayesinin inkişafını təşviq etmək, yaradıcı potensialı stimullaşdırmaq və yerli film istehsalçılarının fəaliyyətini dəstəkləmək məqsədi daşıyır.
Müsabiqəyə ölkənin aparıcı prodüser şirkətləri, gənc rejissorlar və tələbələr tərəfindən çoxsaylı layihələr təqdim edilib.
Ulusum.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərini elan edib.
Qiymətləndirmə prosesi Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası və Seçim Komissiyası tərəfindən aparılıb və nəticədə animasiya, tələbə, qısametrajlı bədii, bədii-sənədli, sənədli və tammetrajlı bədii filmlər olmaqla müxtəlif janrları əhatə edən ümumilikdə 17 layihə dövlət dəstəyinə layiq görülüb.
Qaliblərin siyahısı aşağıdakı kimidir.
Animasiya filmləri:
• “Kölgəsiz adamlar” – HochazFilm Creative Studio MMC
• “Eyni yağışın altında” – PERİ Film MMC
• “Qayıtmışam” – 3DOST Production MMC
Tələbə filmləri:
• “Oyun” – PERİ Film MMC
• “Hipotez” – 3DOST Production MMC
Qısametrajlı bədii filmlər:
• “İşıq” – KİNOBİZ MMC
• “Ağacdələn” – KARVAN Production MMC
• “Divarın o üzü” – AND Production MMC
• “Zamanın səssizliyi” – NAVIS MMC
Bədii-sənədli filmlər:
• “Ağrının ovcundakı şəhər – İrəvan” – BUTA Film MMC
• “Qarabağ – Qafqaz Albaniyası abidələri” – RAKURS Film-Media MMC
• “Qönçəbəyim” – OKSİMEDİA MMC
• “Köçəri” – RENTAL Azərbaycan MMC
Sənədli filmlər:
• “Yaddaşın kölgələri” – İNVİCO MMC
• “Sərt gözəllik” – OD Media-Production MMC
Tammetrajlı bədii filmlər:
• “Cazda birinci” – İctimai Televiziya və Radio Yayımları Şirkəti
• “Sonuncu güllə” – M Cinema MMC
Qalib layihələrin reallaşdırılması mərhələli şəkildə həyata keçiriləcək. Müsabiqənin təsdiqlənmiş reqlamentinə əsasən, apelyasiya üçün növbəti beş iş günü ərzində şirkətlər ARKA-nın rəsmi elektron ünvanına ([email protected]) müraciət edə bilər.
R.D
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA
