Ağstafada Xalq şairi Həmid Abbasın 90 illik yubileyi qeyd olunub
Yubiley mərasimi ədəbi-bədii kompozisiyalarla müşayiət olunub
Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Həmid Abbasın 90 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Yubiley mərasimi Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə yubiley iştirakçıları Ağstafa şəhərində Heydər Əliyev prospektində ucaldılmış Xalq şairinin büstünü ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində Həmid Abbasın həyat və yaradıcılığını əks etdirən kitab və foto sərgisi nümayiş olunub.
Tədbirin aparıcısı – Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal çıxış edərək şairin zəngin ədəbi irsindən danışıb.
Yubiley mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şairin qardaşı Teyyub Abbasov, Respublika
Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov, “Hüseyn Arif ədəbi məclisi”nin sədri Saqif Qaratorpaq, şairlər Rəfail İncəyurd
və Mustafa Rasimoğlu, rayon ağsaqqalı Gülgün Kərimov, eləcə də digər elm və sənət adamları çıxış edərək Həmid Abbasın ədəbiyyata
gətirdiyi dəyərli töhfələrdən bəhs ediblər.
Çıxışlarda vurğulanıb ki, Həmid Abbas yalnız qüdrətli şair kimi deyil, həm də mübariz vətəndaş mövqeyi ilə seçilən ziyalı idi.
Onun şeirləri milli ruhun, vətənpərvərlik duyğularının daşıyıcısı kimi bu gün də aktuallığını qoruyur.
Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki, tədbir boyu mədəniyyət və incəsənət nümayəndələri şairin şeirlərini səsləndirib, sözlərinə bəstələnmiş mahnılar ifa ediblər. Yubiley mərasimi ədəbi-bədii kompozisiyalarla davam edib.

R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 15:30
Trüfel – Acı Şokolad və Portağal
Mətbəx
Bu gün, 13:08
Asan və Dadlı Xəmir Resepti VİDEO
Mətbəx
Bu gün, 11:00
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Portağallı Acı Şokoladlı Trüfellər
