Gəncədə gənc qadının çantası oğurlanıb.
Ulusum.аz-a bölgə müxbiri xəbər verir ki, hadisə dünən saat 17:00 radələrində Atatürk prospektində, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin inzibati binasının qarşısında baş verib.
Məlumata əsasən, gənc xanım uzun müddət avtobus gözlədikdən sonra dayanacağın arxasında yerləşən skamyada əyləşib. Qısa müddət sonra gələn avtobusu görərək nəqliyyat vasitəsinə minib. Avtobusun daxilində çantasının olmadığını anlayan gənc növbəti dayanacaqda düşərək geri qayıdıb, lakin çantasını yerində tapa bilməyib.
Hadisə ilə bağlı əldə etdiyimiz videomüşahidə görüntülərindən görünür ki, çanta naməlum qadın tərəfindən götürülüb. Kadrda həmin şəxs ətrafa göz gəzdirdikdən sonra qəfil çantanı götürür və ərazidən uzaqlaşır.
Hadisə ilə bağlı polisə şikayət edilib. Faktla bağlı araşdırma aparılır.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
