Şəhid Səmədov Camalın doğum günü doğulduğu kənddə qeyd olunub - FOTOLAR

Lokal xarakterli antiterror əməliyyatları zamanı qəhərmancasına şəhidlik zirvəsinə ucalmış Şəhid Səmədov Camal Vüqar oğlunun 33 - cü doğum günü doğulduğu Neftçala rayonun Xolqarabucaq kəndində qeyd olunub. Tədbirdə kənd sakinləri ilə yanaşı Neftçala rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin döyüş yoldaşları, şəhid ailələri və qazilər iştirak edib.
Şəhid Camal Səmədov 11 iyul 1991-ci il tarixində Neftçala rayonu, Xol Qarabucaq kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra 2013-cü il tarixində Vətənə olan sevgisindən yenidən xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib. Xidməti dövründə Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə və 3-cü dərəcəli fərqlənmə döş nişanı ilə təltif edilib. Bundan əlavə vəzifə borclarını layiqincə yerinə yetirdiyi üçün komandirləri tərəfindən müxtəlif həvəsləndirici təltiflər verilib. Camal Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində bir sıra ərazilərin müdafiə və mühafizəsində iştirak edib. İşğalda olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğullarımız kimi, Camal da cəbhədə aslan kimi döyüşüb, rəşadət göstərib, yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb.
O, 19 sentyabr 2023-cü il tarixdə lokal xarakterli antiterror əməliyyatları zamanı qəhərmancasına şəhidlik zirvəsinə ucalmışdır. 21 sentyabr 2023-cü il tarixdə Neftçala rayonu, Xol Qarabucaq kənd qəbirstanlığında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Camal Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı, ölümündən sonra 3 - cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Qeyd edək ki, şəhid Camal Səmədov ailəli olub və 2 azyaşlı qız övladı var.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 21:00
Payızda beyin niyə “tənbəlləşir”? - FOTO
Sağlamlıq
Bu gün, 19:30
Yaşlı insanlar üçün ən faydalı şirniyyat
Dünya
Bu gün, 19:00
Eks-baş nazirə lobbiçilik qaydalarını pozmaq ittihamı
İqtisadiyyat
Bu gün, 18:30
Apple-ın səhmləri təqdimatdan sonra ucuzlaşdı
Mətbəx
Bu gün, 17:30
Bananlı zapekanka: axşamdan hazırla, səhər zövq al
İqtisadiyyat
Bu gün, 17:00
Pensiya alanlara ŞAD XƏBƏR!
Dünya
Bu gün, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Dünya
Bu gün, 15:30
Tramp: Dohaya hücum qərarını mən yox, Netanyahu verib
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi