Bu gün, 18:21 0 Cəmiyyət / Gündəm

"Dövlət İmtahan Mərkəzi hər hansı bir yenilik tətbiq edərkən abituriyentləri də düşünməlidir" - AÇIQLAMA

"Dövlət İmtahan Mərkəzi hər hansı bir yenilik tətbiq edərkən abituriyentləri də düşünməlidir" - AÇIQLAMA
Elm və təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev buraxılış imtahanlarında ingilis dili üzrə dinləmə, oxu və esse tapşırıqlarının tətbiqini müasir təhsil baxımından müsbət addım kimi qiymətləndirir. Ulusum.az xəbər verir ki, Ramin Nurəliyev bildirir ki, Dövlət İmtahan Mərkəzi yenilikləri tətbiq edərkən məktəblərdə bu tapşırıqların hansı səviyyədə keçirildiyini və abituriyentlərin hazırlıq imkanlarını nəzərə almalıdır.

Mütəxəssisin fikrincə, hər bir tapşırıq üçün kifayət qədər vaxt ayrılmalı, imtahanlar süni şəkildə çətinləşdirilməməlidir.

Çünki bu, yoxlama müddətini uzadır və buraxılış imtahanlarının daha erkən tarixə salınmasına səbəb olur. Buna baxmayaraq, o, beynəlxalq təcrübəyə uyğun imtahan modellərinin tətbiqini ümumilikdə dəstəkləyir.

Ramin Nurəliyev bildirir ki, imtahanlarda yenilik tətbiq edilərkən ölkənin real imkanları əsas götürülməlidir.

Onun sözlərinə görə, bir çox məktəbdə – xüsusilə regionlarda – ingilis dili üzrə dinləmə, mətn və esse tapşırıqlarını keçmək üçün lazımi maddi-texniki baza və tədris səviyyəsi yetərli deyil. Buna görə də bu amillər nəzərə alınmadan edilən dəyişikliklər ədalətli nəticə verməyə bilər.

"Dövlət İmtahan Mərkəzi hər hansı bir yenilik tətbiq edərkən abituriyentləri də düşünməlidir" - AÇIQLAMA


Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.