Bu gün, 15:09 0 Cəmiyyət / Gündəm

11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA

11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA
Müşahidə olunur ki, bəziləri 11 illik buraxılış imtahanlarının mart ayında keçirilməsindən narazıdırlar.

Martda buraxılış imtahanı – zərurət, yoxsa seçim?

Ulusum.az xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyev 11-ci sinif buraxılış imtahanlarının mart ayında keçirilməsinin əsas səbəbinin imtahanların yoxlanma prosesində insan faktorunun iştirakı olduğunu bildirib.

Onun sözlərinə görə, hazırkı sistemdə cavabların yoxlanılması 3–4 həftə vaxt aparır və bu da imtahanların erkən – mart ayında keçirilməsini zəruri edir. Ramin Nurəliyev vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi gələcəkdə imtahanları elektron formata keçirməyi planlaşdırır. Bu halda nəticələr dərhal elan edilə bilər və imtahan tarixlərini aprel və ya may ayına çəkmək mümkün olacaq.

Ekspert əlavə edib ki, mart ayında imtahan keçirilməsi proqramın tam bitməməsi və şagirdlərin dərsdən yayınması kimi problemlər yaradır. Bu səbəbdən imtahanların elektronlaşdırılması bu məsələlərin həllinə kömək edə bilər.

Qeyd edək ki, bəzi ölkələrdə, o cümlədən Sinqapurda buraxılış imtahanları aprel ayında, Türkiyədə isə maydan etibarən keçirilir.

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.