Bu gün, 18:17 0 Cəmiyyət / Gündəm

Razılıqsız hamiləlik, məcburi atalıq: Kişinin imtina hüququ varmı? - Vəkil AÇIQLADI

Razılıqsız hamiləlik, məcburi atalıq: Kişinin imtina hüququ varmı? - Vəkil AÇIQLADI
Son dövrlər nikahdan kənar münasibətlərdən doğulan uşaqlarla bağlı yeni bir tendensiyanın formalaşdığı müşahidə olunur. Belə ki, bəzi hallarda kişinin razılığı olmadan hamiləlik başa çatdırılır, daha sonra isə atalığın tanınması və aliment tələbi ilə hüquqi prosedurlara başlanılır.

Kişinin razılığı olmadan dünyaya gətirilən nikahdan kənar uşaqla bağlı atalığın məcburi tanınması və aliment öhdəliyi şəxsin valideyn olmamaq hüququnun pozulması hesab edilə bilərmi? Ümumiyyətlə, belə olan halda kişi atalıqdan imtina edib aliment ödəməyə bilərmi?

Mövzu ilə bağlı Ulusum.az Redaktor.az-a istinadən bildirir ki, açıqlamada Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü Əfifə Əsgərova Kazancı bildirdi ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi qeyd edilən hallarda uşağın maraqlarını prioritet hesab edir və uşağın mənşəyinin (atalığın) müəyyən edilməsi və saxlanılması hüququnu əsas götürür:

"Yəni bu halda milli və beynəlxalq qanunvericilik baxımından şəxsin iradəsi ilə deyil, uşağın hüquqları ilə bağlı öhdəliklər ön plandadır. Kişinin razılığı olmadan doğulan uşaqla bağlı atalığın məcburi tanınması məsələsinə gəldikdə isə bəli, bu qanunidir. Ailə Qanunvericiliyinə əsasən nikahda olmayan valideynlərdə atalığın müəyyən edilməsi atanın könüllü razılığı ilə və ya məhkəmə qaydasında həyata keçirilir. Əgər kişi atalığı könüllü tanımırsa, ana və ya uşağın qanuni nümayəndəsi məhkəməyə müraciət edə bilər. Məhkəmə mərhələsində mübahisə yaranarsa məhkəmə bioloji mənşəni (DNA ekspertizası və digər sübutlarla), tərəflər arasında faktiki münasibətləri, uşağın maraqlarını araşdırmaqla müvafiq qətnamə qəbul edir. Yəni artıq mövcud olan hamiləlik halında atanın uşaq istəməməsi hamiləliyin məcburi sonlandırılması üçün əsas deyil. Valideynlik hüququndan məhrum edilmə isə şəxsi valideynlik vəzifələrinin sından azad etmir".

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.