Salyan 1 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirildi - FOTOLAR

Mediasiya Şurası tərəfindən vətəndaş məmnunluğu və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə mütəmadi olaraq mediasiya təşkilatlarının fəaliyyətinin monitorinqi aparılır.
Ulusum.az xəbər verir ki, monitorinqlərin məqsədi mediasiya təşkilatları və mediatorlar tərəfindən vətəndaşlara keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində zəruri dəstəyin göstərilməsi və mediasiya təşkilatlarıının ofislərinin müasir standartlar çərçivəsində işinin təşkil edilməsidir.
7 iyun 2024-cü il tarixində Salyan 1 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimi təşkil edilmişdir. Təşkilat fəaliyyətə başladığı dövrdən formalaşma mərhələsini keçmiş və keyfiyyətli mediasiya xidmətlərinin həyata keçirilməsi üçün vətəndaş yönümlü ofislə şəraiti təmin edilmişdir. Burada vətəndaşlara ən yüksək səviyyədə keyfiyyətli xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılmışdır.
İctimai təqdimat mərasimindən öncə iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyublar. Daha sonra Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ictimai təqdimatda iştirak edən mediatorları qəbul edib. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova Salyan 1 saylı mediasiya təşkilatına hər zaman yerli səviyyədə göstərilən diqqət və dəstəyə görə təşəkkür edib. İcra başçısı Sevindik Hətəmov mediatorların fəaliyyətinə uğurlar arzu edib və Salyan 1 saylı mediasiya təşkilatının fəaliyyətinin uğurlu olduğunu qeyd edib.
Salyan 1 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimində Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Salyan Rayon İcra Hakimiyyəti başçısının İctimai, Siyasi və Humanitar Məsələlər üzrə müavini Rəşad Cəbrayılov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Elmar Əhmədov, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ruslan Məmmədov, Qələbə qəzetinin redaktoru Rüstəm Məlikov, Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının rəhbəri Tahir Balakişiyev, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, mediatorlar Taryel İsgəndərov, Aybəniz Səmədova və Salyan rayonunun ictimaiyyət nümayəndələri iştirak etmişdir.
İctimai təqdimat mərasimində çıxış edən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd etmişdir ki, mediasiya təşkilatlarının ilkin vaxtlarda özlərini keyfiyyətli ofis şəraitləri ilə, vətəndaş yönümlü ofislərlə təmin olunmaqda ciddi problemləri var idi. Amma çox sevindirici haldır ki, ölkəmizdə mediasiya xidmətləri inkişaf etdikcə region mediasiya təşkilatları da vətəndaş yönümlü ofislərdə fəaliyyət göstərə bilirlər. Çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov Salyan 1 saylı mediasiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirib və təşkilatın fəaliyyətinə uğurlar arzu edib.
Təqdimat mərasimi zamanı eyni zamanda mediasiya xidmətlərinin həyata keçirilməsində vətəndaş məmnunluğu, mediasiyada əldə edilən barışıq sazişlərinin keyfiyyətli məzmunu, problemlər və qarşıda duran hədəflər də müzakirə edilib.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 15:30
Makron Putinlə yenidən danışmağa hazırdı
Sağlamlıq
Bu gün, 15:00
"Kök kişilər üçün iynə" – Trampın tənqid etdiyi “Ozempik” həqiqətən işləyirmi?
Hadisə
Bu gün, 14:25
Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb
Dünya
Bu gün, 14:00
“Dünyanın ən kasıb prezidenti” Xose Muxika vəfat etdi
Şou-biznes / Dünya
Bu gün, 13:30
Madonna Met Galada Bütün Baxışları Üzərinə Cəmlədi - FOTO
Cəmiyyət
Bu gün, 13:10
Ədliyyə Nazirliyinin Probasiya xidməti CEP-in Antalya konfransında təmsil olunub
Hadisə
Bu gün, 13:07
"Melissa Group" rəhbəri ev dustaqlığına buraxıldı
İqtisadiyyat
Bu gün, 13:01
Orta aylıq əməkhaqqı 10% artıb
Populyar Xəbərlər
Polis Akademiyasının kursantları fləşmob keçirib
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Gömrük əməkdaşları dövlətə sədaqət andı içdi - VİDEO
Polis Akademiyasında Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək
Şişlidə qadın qətli: Cəmiyyət ayağa qalxdı