Xüsusi təyinatlı şəhid Biləsuvarda dəfn edildi - VİDEO
Birinci Qarabağ müharibəsi zamanı Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunan naməlum şəhid qəbirləri ekskumasiya edildikdən sonra kimliyi məlum olan şəhid İsaqov Elburus İsaq oğlunun hərbi qaydada dəfni keçirilib. Dəfn mərasimi Biləsuvar rayonu ərazisində yerləşən 3 saylı Cəbrayıl qaçqın qəsəbəsində baş tutub. Mərasimdə Cəbrayıl rayonunun icra hakimiyyətinin rəhbər heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, müharibə iştirakçıları, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Elburus İsaqov 1966-cı ilin 23 avqustunda Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Əfqanıstan müharibəsinin iştirakçısı olan xüsusi təyinatlı Elburus Vətən müharibəsinin ilk illərindən düşmənə qarşı vuruşub. 1994-cü ilin fevralın 11-də Murovdağda, strateji Ömər aşrımı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ailədə 4 övlad olublar. Cəbrayıl işğal olunandan sonra Elburus İsaqovun ailə üzvləri Biləsuvarda yerləşən qaçqın düşərgəsinə yerləşib.
Şəhidin nəşi yaylım atəşi altında ana torpağa tapşırılıb. Ruhuna dualar oxunan şəhidin məzarı təzə-tər çiçəklərlə bəzədilib.
Şəhidin nəşi yaylım atəşi altında ana torpağa tapşırılıb. Ruhuna dualar oxunan şəhidin məzarı təzə-tər çiçəklərlə bəzədilib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
