Əlverişsiz hava şəraiti əkin sahələrini məhv etdi - FOTOLAR EKSKLÜZİV
Bölgələrdə heyvandarlıq sahəsində məhsuldar yem bitkisi olan yoncanın ilk biçin kampaniyasına artıq bir aya yaxındır ki, başlanılıb. Lakin May ayının əvvəlindən əlverişsiz keçən, dəyişkən yağıntılı hava şəraiti əksər biçin aparılan sahələrin məhsulunu məhv edib.
Ulusum.az xəbər verir ki, Biləsuvar rayonunda da təsərrüfatlarında yonca biçinini aparmış onlarla fermer təbiətin şıltaqlığı üzündən ziyanla üz-üzə qalıb. Xırmandalı kənd sakini Ələkbər Quliyevin də 4 hektar yonca sahəsinin biçindən sonra yağışa düşməsi məhsulu keyfiyyətdən salıb.
Müsahibimiz bildirir: "İnanmıram bu ot bağlamaların sata biləm. Burdan ildə mən 1000 dən yuxarı pres götürürdüm.İndi bu il o qədər verməyəcək. Qalmışıq da belə yiyə duran da olmayacaq".
Digər təsərrüfatçılar da yoncanın rentabelli bitki olduğunu deyirlər. Çünki, ot təsərrüfatında az vəsaitlə daha çox gəlir əldə etmək imkanları var. Lakin təbiətlə bağlı olduğundan bitkiçilik həm də çox riskli sahədir.
Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri də aprel-may aylarından başlanan ilk ot biçini ilə əlaqədar fermerlərə öncəndən hava proqnozunu nəzarətdə saxlamaqla biçin aparılmasını tövsiyə etdiklərini bildirirlər.
Qeyd edək ki, yonca bitkisinin əkilib-becərilməsi, biçilməsi zamanı dövlət tərəfindən göstərilən güzəştlər, hektara görə ödənilən subsidiyalar biləsuvarlı fermerlərin bu sahəyə marağını ilbəil artırır. Bu mövsüm təsərrüfatlarda 450 hektar yazlıq yonca əkliməklə, ümumilikdə rayonda yonca sahəsi 8 min hektara çatdırılıb.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN