Salyanda kənd yolları asfaltlanır - FOTO EKSKLÜZİV
Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, Salyanda da abadlıq - quruculuq işləri davam etdirilir.
Ulusum.az-ın məlumatına görə, rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfaltlanır, bordürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarını xoş keçirmələri üçün yaşayış binalarının həyətləri abadlaşdırılır. Hazırda Salyan rayonunda növbəti təmir işi Şorsulu kəndində aparılır. 7 mindən çox əhalisi olan kənddə 10 km. - dən çox kənddaxili yollarda asfaltlanma işləri yekunlaşmaq üzərədir. Rayonun digər kəndlərində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir. Qeyd edək ki, Dayıkənd, Şorsulu və Boranıkənd kəndlərində elektrik xəttləri yenilənib, kabelləşmə işləri yekunlaşıb. Sakinlərin kəsintisiz və sürətli internetdən istifadə etməsi istiqamətində də işlər davam etdirilir. Sakinlər bütün bu kimi görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
22-04-2024, 11:12
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Populyar Xəbərlər