Dünən, 14:21 0 Cəmiyyət / Sağlamlıq

Azərbaycanda siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏK
Azərbaycanda siqaret çəkənlər CƏRİMƏLƏNƏCƏK


Bəzən adi görünən bir məkan əslində qanunun sərhədləri ilə məhdudlaşır. İnsanların sərbəst şəkildə girib-çıxdığı hər yer ictimai məkan hesab olunur.

Bu məkanlarda tütün tüstüsü təkcə vərdiş deyil, həm də hüquqi məsuliyyət məsələsidir.


Ulusum.az xəbər verir ki, qaydalar yalnız qapalı yerlərlə məhdudlaşmır.

Bəzi açıq məkanlarda da “görünməz qadağa xətti” mövcuddur və həmin sərhədi keçən şəxslər inzibati məsuliyyətlə üzləşə bilərlər.

Milli Məclis-də müzakirə olunan dəyişiklik layihəsi qəbul edilərsə, qadağan olunmuş yerlərdə siqaret istifadəsi və dövriyyəsi ilə bağlı daha sərt cərimələr tətbiq olunacaq.

Yeni qaydaların 2026-cı il 1 aprel tarixindən qüvvəyə minməsi gözlənilir.

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.