Elektromobil sahiblərini gözləyən fantastik batareya xərcləri QİYMƏTİ - VİDEO
Son dövrlər paytaxt küçələrində elektromobil idarə edən sürücülərlə tez-tez qarşılaşmaq olur. Bu avtomobillərin əksəriyyəti taksidə istifadə edilir.
Ulusum.az Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu avtomobillərin batareyaları ilə bağlı müxtəlif paylaşımlar edilir. Bu da elektromobil həvəskarlarında müxtəlif suallar yaradır. Məsələn, bu avtomobillərin batareyaları hansı halda tez sıradan çıxır, qiyməti neçəyədir və bu kimi digər suallar.
Elektromobil təmiri üzrə mütəxəssis Sübhan Abdullazadə bildirib ki, batareyaların tez sıradan çıxmasının əsas səbəbləri kimi sürətli şarj, çox isti və ya soyuq hava şəraiti, həmçinin enerjinin tam bitməsi və ya tam dolmasıdır. Uzunömürlü istifadə üçün isə batareyanın dolmasını orta səviyyədə saxlamaq tövsiyə olunur.
O, əlavə edib ki, elektromobillər üçün batareyalar xaricdə istehsal olunduğundan, lazım olduqda oradan gətirilir. Müasir elektromobillər üçün batareyaları tək-tək dəyişmək olmadığından qiymətləri 8 500 manatla 34 min manat arası dəyişir.
Usta bildirib ki, hibrid və ya "plug-in" hibridlərdə batareya sistemi nisbətən ucuz olur. Eləcə də köhnə elektromobillərin batareyaları ucuz olduğu qədər də, gec tapılır.
Ətraflı süjetdə:
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib