Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
Bu gün Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından biri – Xalq artisti Səyavuş Aslanın doğum günüdür. Onun dünyaya gəlişindən düz 90 il keçir.
1935-ci ilin sentyabrın 5-də Bakıda anadan olan Səyavuş Aslan gənc yaşlarından dram dərnəklərində çıxış edərək səhnəyə qədəm qoyub. İlk addımlarından etibarən tamaşaçıların diqqətini çəkən sənətkar 1954-cü ildən professional fəaliyyətə başlayıb, 1958-ci ildə Quba Dövlət Dram Teatrında, bir il sonra isə Bakıda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Onun yaratdığı obrazlar – Qoşun, Bayram, İbişov, Dadaşbala, Qəmzəli və daha neçə-neçə surət tamaşaçıların yaddaşında silinməz iz buraxıb. O, həm gülüş, həm də kədəri səhnəyə gətirə bilən nadir sənətkarlardandır.
Səyavuş Aslan uzun illər Musiqili Komediya Teatrının aparıcı aktyoru olub, 1994–1996-cı illərdə isə həmin teatrın bədii rəhbəri kimi çalışıb. Yaradıcılığına görə sənətkara 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adları verilib. O, həmçinin “Şöhrət” (1995) və “Şərəf” (2013) ordenləri ilə təltif olunub.

2013-cü ilin iyununda ağır xəstəlikdən sonra dünyasını dəyişən sənətkar İkinci Fəxri xiyabanda dəfn olunub. Amma səhnənin işığında yaratdığı izlər hələ də yaşayır, hər tamaşaçı yaddaşında onun gülüşü və göz yaşları qalır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib