Bu gün, 10:00 0 Cəmiyyət / Gündəm

Qarlı və küləkli hava gözlənilir – FHN-dən xəbərdarlıq

Qarlı və küləkli hava gözlənilir – FHN-dən xəbərdarlıq
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, ölkə ərazisində yağıntılı, qarlı və küləkli hava müşahidə olunacaq, temperatur enəcək.

Ulusum.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:


– Qızdırıcı cihazlardan istifadə zamanı yanğın təhlükəsinə qarşı diqqətli olun, nasaz və kustar avadanlıqlardan istifadə etməyin.
– Dağlıq ərazilərdə yaşayanlar və səfərə çıxanlar şaxtalı havada mümkün qədər evdə qalmalı, ehtiyat tədbirlərini əvvəlcədən görməlidirlər.
– Küləkli havada yüngül konstruksiyalardan, ağaclardan və elektrik dirəklərindən uzaq durmaq tövsiyə olunur.

Təhlükə zamanı 112-yə zəng edin!

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.