Bu Axşamdan Ölkədə Güclü Yağış və Külək Gözlənilir – Sel Təhlükəsi Var
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, bu axşamdan etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək, leysan yağışlar, şimşək və dağ çaylarında sel, daşqın təhlükəsi gözlənilir.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Qeyd olunub ki:
➡️ Güclü külək zamanı yüngül tikililərdən, ağaclardan və elektrik naqillərindən uzaq durun;
➡️ Yanğın təhlükəsinə qarşı diqqətli olun;
➡️ Sel və daşqın riskli ərazilərdən uzaq durun, təhlükə zamanı yüksək yerlərə qalxın;
➡️ İldırım zamanı elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın, hündür obyektlərdən və ağaclardan uzaq durun, avtomobildə isə hərəkəti dayandırın və şüşələri qaldıraraq təhlükənin keçməsini gözləyin.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
