Qəbələdə Nic kəndi – Udilər və onların Qədim Xristian İrsini Kəşf Edin - VİDEO
Udilər – Şərqi Qafqazın qədim xristian xalqı, öz dili, dini və mədəni irsi ilə bu gün də nəsildən-nəslə yaşadılır; Qəbələdəki Xalça və Əl İşləri Muzeyi onların gündəlik həyatı və tarixi abidələrini ziyarətçilərə təqdim edir

Kəndin ağsaqqalı Ulusum.az-a bildirir ki, Udilər, Şərqi Qafqazın qədim xristian xalqıdır və öz Udin dilini qoruyaraq nəsildən-nəslə dini ənənələrini daşıyıblar.

Onların kənd həyatında əkinçilik, maldarlıq, ipəkçilik və toy mərasimləri kimi adət-ənənələri, həmçinin pirlərə ziyarət və qurban kəsmə kimi dini ritualları hələ də yaşadılır.

Tarixi mənbələr göstərir ki, Udinlər eramızın əvvəlindən Şimalı Azərbaycanda formalaşmış və həm Yunan, həm də Roma tarixçiləri tərəfindən “Uti” və ya “Udin” tayfaları kimi qeyd olunmuşdur.

Tarixi abidələr arasında Udinlərin kilisələri, qədim bulaqları, pirlər və daş bulaqlar xüsusi yer tutur. Bu yerlər həm dini, həm də mədəni irs nümunəsi kimi qorunur və ziyarətçilərə xalqın tarixini göstərir.

Daş bulaq adlanan tikili gənclərin bir-biri ilə tanış olması üçün xüsusi məqsədlə istifadə olunub. Udinlərin evləri və şəxsi əşyaları onların gündəlik həyatını və mədəniyyətini əks etdirir.

Evdə saxlanılan samovarlar, divar rəsmləri, aynalar və əl işləri bu xalqın dünyagörüşünü bizə çatdırır.

Muzeydəki rəngarəng xalçalar, kilimlər və əl işləri həm estetik zövq verir, həm də gündəlik həyatın xatirəsini yaşadır.

Qəbələ Xalça və Əl İşləri Muzeyi qədimi əşyaları və xalçaları qoruyaraq keçmişin canlı izini təqdim edir.

Həsirlər, nehrələr və digər qədimi alətlər isə tarixi texnologiya və sənət nümunəsi kimi qorunur.

Bu muzey həm yerli, həm də xarici turistlər üçün unikal ziyarət məkanı olmaqla, tarixi, mədəniyyəti və sənəti bir araya gətirir
Ulusum.az / K.Hətəmova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
18-05-2025, 10:05
Luvr muzeyi-1973 Dünyanın ən böyük və ən çox ziyarət edilən muzeyi olan Luvr, Mona Liza və Milo Venerası kimi məşhur
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 10:00
Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR
Sağlamlıq
15-12-2025, 18:30
Kərə yağını necə təzə saxlamaq olar?
Sağlamlıq
15-12-2025, 14:30
Əti necə dondurmalıyıq?
Sağlamlıq
15-12-2025, 11:44
Psixologiya – doğru insan seçiminin açarıdır
Populyar Xəbərlər
Ağstafada tanınmış rəssam Nəvai Mətinin 60 illik yubileyi böyük təntənə ilə keçirildi
Kimlərə iki dəfə çox maaş ödəniləcək
Orta məktəblər üçün yeni dərslik HAZIRLANACAQ8
İtaliyada futbol azarkeşləri arasında toqquşma
BMT 15 Dekabrı Dünya Türk Dili Ailəsi Günü elan etdi
istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək
