"Azercell" qlobal alyansa qoşuldu

"Azercell Telekom" MMC telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan "TeleManagement Forum"a (TM Forum) rəsmi üzv olub.
Rəqəmsal transformasiyanı təşviq edən bu təşkilatın üzvləri sırasında "Vodafone", "Orange", "Deutsche Telekom" kimi qlobal operatorlarla yanaşı "Amazon", "Microsoft" və "Nokia" kimi texnologiya nəhəngləri də yer alır.
Dünyanın aparıcı şirkətlərini bir araya gətirən bu platformaya qoşulmaqla Azercell xidmətlərin inkişafı, müştəri təcrübəsinin optimallaşdırılması və tərəfdaşlıq ekosisteminin genişləndirilməsini dəstəkləyən geniş imkanlara çıxış əldə edir.
"TM Foruma üzvlüyümüz ən yaxşı təcrübələrin tətbiqinə və daimi inkişafa dair formalaşdırdığımız vizyonun daha bir mərhələsidir", – deyə "Azercell"in Məlumat Analitikası və Süni İntellekt departamentinin direktoru Sabir Mərdanov bildirib:
"Aparıcı rəqəmsal xidmət təminatçıları ilə əməkdaşlıq çərçivəsində rəqəmsal infrastrukturumuzu beynəlxalq standartlara uyğunlaşdırmaqla, biz innovativ texnologiyaların tətbiqini daha da sürətləndirəcək, Azercellin həyata keçirdiyi transformasiyanın effektivliyini daha da artıracağıq. Bu da nəticə etibarilə xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq".
Azercell innovativ həllər və gələcəyə yönümlü xidmətlərin aparıcı təminatçısı olaraq öz mövqeyini daha da gücləndirməyi hədəfləyir. Bu strategiya çərşivəsində rəqəmsal xidmətlərin inkişafı, süni intellektə əsaslanan həllərin inteqrasiyası və texnoloji infrastrukturun təkmilləşdirilməsi xüsusi yer tutur. TM Forum kimi qlobal təşkilatlarla əməkdaşlıq bu məqsədlərə xidmət edən mühüm addımlardan biridir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 20:00
Az risk, çox gəlir: qadınların investisiya sirri
Maraqlı
Bu gün, 19:00
Psixoloq: Söz-söhbətin yoxluğu təhlükə siqnalıdır
Dünya
Bu gün, 18:00
COVID-19 peyvəndləri ABŞ bazarından yox ola bilər
Kriminal
Bu gün, 17:27
Azərbaycan sərhədində 62 kq narkotik ələ keçirildi
Maraqlı
Bu gün, 14:00
Uğursuzluqlar – gələcək uğurun açarıdır
Sağlamlıq
Bu gün, 13:30
Mikroplastiklər yeməyimizə necə düşür?
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində