Bu gün, 15:00 0 Maraqlı / Dünya

Epşteyn işi: şahzadə Diana adı dindirmə protokollarında hallandı

Epşteyn işi: şahzadə Diana adı dindirmə protokollarında hallandı
Jeffrey Epşteynin məhkum olunmuş köməkçisi Ghislaine Maxwell ifadəsində onun şahzadə Diana ilə tanış ola biləcəyini iddia edib. Bu barədə Firstpost məlumat yayıb.

Şübhəli tanışlıq

Məhkəmə materiallarından açıqlanan protokollarda Maxwell bildirib ki, Epşteyn Londonda şahzadənin yaxın rəfiqəsi Rosa Moncton tərəfindən təşkil olunan tədbirdə Diana ilə eyni məkanda ola bilərdi. İstintaqçının “Onların görüşünü siz təşkil etmisinizmi?” sualına o, belə cavab verib:

“Bilmirəm, o, Diana ilə oturmuşdumu və ya onunla görüşmüşdümü... Amma ola bilər ki, onu Epşteyn üçün müşayiətçi kimi hazırlayırdılar.”


Bununla belə, Maxwell krallıq ailəsi üzvləri ilə Epşteyni şəxsən tanış etdiyini inkar edib və bu barədə yayılan iddiaları “tam yalan” adlandırıb.

Xronoloji uyğunsuzluq

Maxwell həmçinin “biz tanış olandan sonrakı dövrə” istinad edib (o, Epşteynlə 1994-cü ildə tanış olmuşdu). Amma o, hadisəni 1997-ci ildən sonrakı tarixlə bağlayır, halbuki şahzadə Diana həmin ilin avqustunda Parisdə avtomobil qəzasında həlak olmuşdu. Ekspertlərin fikrincə, ya Maxwell tarixlərdə səhvə yol verib, ya da bilərəkdən istintaqı çaşdırıb.

Arxa plan

Ghislaine Maxwell hazırda 20 illik həbs cəzası çəkir. O, Epşteynin əyləncələri üçün azyaşlı qızları cəlb etməkdə təqsirli bilinib.

Bu açıqlamalar ABŞ Ədliyyə Nazirliyinə qarşı artan təzyiq fonunda yayılıb – ictimaiyyət Epşteyn işi ilə bağlı bütün materialların tam açıqlanmasını tələb edir.

Şahzadə Diana 1997-ci ildə Parisdə avtomobil qəzasında dünyasını dəyişib – bu, Epşteynin ilk dəfə həbs olunmasından dörd il əvvəl idi.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: