Dünən, 20:40 0 Şou-biznes

Kevin Kostnerə ŞOK İttiham: “Məni xəbərsiz zorakılıq səhnəsinə məcbur etdilər"

Kevin Kostnerə ŞOK İttiham: “Məni xəbərsiz zorakılıq səhnəsinə məcbur etdilər"
Amerikalı kaskadyor Devin La Bella Hollivud ulduzu Kevin Kostnerə qarşı məhkəmə iddiası qaldırıb. O, Kostneri "Üfüqlər: İkinci hissə" filminin çəkilişləri zamanı onu xəbərdarlıq edilmədən və hazırlıq aparılmadan zorakılıq səhnəsində iştirak etməyə məcbur etməkdə ittiham edir. Bu barədə Variety nəşri məlumat yayıb.

38 yaşlı La Bella bildirib ki, zorakılıq səhnəsində rol almaqdan imtina edən aktrisa Ella Hantın əvəzinə qəfil olaraq onu dublyor kimi çəkilişə cəlb ediblər. Onun sözlərinə görə, səhnə intim koordinatorsuz və təhlükəsizlik tədbirləri olmadan çəkilib, bu isə ona psixoloji travma yaşadıb. Hadisə 2023-cü il mayın 2-də Yuta ştatında baş verib.

“Laqeyd və təhlükəsizliyin təmin olunacağını vəd edən sistem tərəfindən aldadıldım və müdafiəsiz qaldım,” – deyə La Bella bəyan edib.

İddiaçının vəkili Keyt Makfarleyn bu işi “kişilərin hökm sürdüyü seksist Hollivud istehsal sisteminin bariz nümunəsi” adlandırıb. Kostnerin tərəfi isə ittihamları əsassız sayaraq bildirib ki, La Bella çəkilişdən əvvəl lazım olan təlimatı alıb və səhnə ilə bağlı məşq də edilib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: