Bu gün, 10:30 0 Şou-biznes

Vertolyotla eşq səyahəti? Tom Kruz Ana de Armasla Londona endi!

Vertolyotla eşq səyahəti? Tom Kruz Ana de Armasla Londona endi!
Aktrisa Ana de Armas və aktyor Tom Kruz Londonda bir yerdə kameralara tuş gəlib. Bu barədə TMZ məlumat yayıb.

Cütlük şəxsi vertolyotla Londona enərkən görünüb və maraqlısı odur ki, vertolyotu şəxsən Tom Kruz idarə edib. Vertolyotdan Ana de Armasın şəxsi köməkçisi və iki ev heyvanı da onlarla birlikdə düşüb.

Ulduzlar arasında eşq münasibəti barədə şayiələr hələ fevral ayında yaranmışdı. Onlar Müqəddəs Valentin günündə Londonda — Soho rayonunda birgə şam etdikləri zaman görüntülənmişdi. Tanınmış simaları görən fanatlar ətraflarını sarmış, onlar isə dayanaraq şəkil çəkdirməyə razı olmuşdular.

Ana de Armas həmin gün mavi cins şalvar, qara pencək və qızılı rəngli balet ayaqqabıları geyinmişdi. Tom Kruz isə boz polo köynək və tünd göy kostyum seçmişdi.

Vertolyotla eşq səyahəti? Tom Kruz Ana de Armasla Londona endi!


Sonradan Daily Mail nəşrinin bir mənbəsi onların arasında eşq münasibəti olduğunu təkzib etsə də, nə Ana de Armas, nə də Tom Kruz bu barədə hər hansı açıqlama verməyiblər.

Qeyd edək ki, Ana de Armas 2020-ci ildə çəkilən "Dərin sular" (Deep Water) trillerinin çəkilişləri zamanı Ben Afflek ilə münasibətə başlamış, lakin bu münasibət 2021-ci ilin yanvarında başa çatmışdı.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: