Dünən, 21:30 0 Şou-biznes

Əhməd Levendoğlu dünyasını dəyişib

Əhməd Levendoğlu dünyasını dəyişib
Aktyor Yıldıray Şahinler, sosial media hesabında etdiyi paylaşımda, Levendoğlunun vəfatını belə duyurdu:

"Ahmet hocam, üzərimdə çox böyük əməyiniz olan, səhnədə aktyora özünə güvən kimi çox böyük bir silah qazandıran 'ilke' sözünün yaşayan abidəsi, böyük aktyor Ahmet Levendoğlu. Rəhmətə qovuşun. Haqqınızı helal edin."

Ahmet Levendoğlunun cənazəsi 8 aprel tarixində Atatürk Mədəniyyət Mərkəzində təşkil ediləcək mərasimdən sonra Zincirlikuyu Mezarlığına dəfn ediləcək.

Ahmet Levendoğlu 1945-ci ildə İstanbulda dünyaya gəlib. Atası Tarık Levendoğlu, Dövlət Teatrlarına mənbə təmin edən Tatbikat Səhnəsinin dekorasiya və kostyum müəllimi və texniki müdiri olub.

Robert Kollecindən məzun olduqdan sonra İngiltərədə Krallıq Teatrı Sənəti Akademiyasında aldığı teatr təhsilini 1969-cu ildə başa vurub və Exeter Northcott Teatrında bir mövsüm aktyorluq edib. 1971-1976-cı illərdə Ankara, 1978-1980-ci illərdə İstanbul Dövlət Teatrında fəaliyyət göstərib.

İstanbul Dövlət Teatrının quruluş dövründə müdür müavini olan aktyor, 1971-ci ildən etibarən teatrda müəllimlik edib.

Ankara Dövlət Konservatoriyası, İstanbul Dövlət Konservatoriyası, Boğaziçi Universiteti və Akademi İstanbul kimi müəssisələrdə dərs deyən Levendoğlu, "Kırık Hayatlar", "Ateşten Günler" adlı televiziya seriallarında, "Young Indiana Jones" adlı Amerika serialında, "Baharın Bittiği Yer" və "Yaz Yağmuru" filmlərində aktyorluq edib.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: