İlham Əliyev şirkət rəhbərlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Rusiyanın "Tatneft" şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın "KazMunayQaz" şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın "Uzbeknefteqaz" şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.
“Ulusum”.az xəbər verir ki, dövlət başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək, bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğulayıb.
Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft sirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini dedi, bu xüsusda səyləri birləşdirməyin önəminə toxunub.
Dövlət başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd edib.
Söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparılıb, onun ölkələr arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
Vurğulanıb ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edilib ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 16:30
Fransa İsrailə viza verməyi dayandırdı
Dünya
Bu gün, 15:30
Suriya Rusiyadan patrulların bərpasını istəyir
Siyasət
Bu gün, 14:54
İlham Əliyevdən Hicran Hüseynovaya yüksək orden
Cəmiyyət
Bu gün, 14:32
12 avqust – Beynəlxalq Gənclər Günü
Sağlamlıq
Bu gün, 14:30
Qəhvənin ən təsirli vaxtı — oyanandan sonra?...
Hadisə
Bu gün, 13:33
Bilgəhdə dənizdə batan şəxsin meyiti tapıldı
İdman
Bu gün, 13:00
Ronaldu Corgina Rodrigesə evlilik təklifi etdi
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi
Ağ Evdə Moskvasız Sülh Sammiti - Euronews