Bu gün, 09:25 0 Cəmiyyət / Sağlamlıq

Nazirlikdən üzərliklə bağlı xəbərdarlıq

Nazirlikdən üzərliklə bağlı xəbərdarlıq
Üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur".

Ulusum.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb.


Səhiyyə Nazirliyi üzərlik bitkisi ilə bağlı vətəndaşlara müraciət edib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bildirib ki, bitkinin tərkibində harmin, harmalin, harmalol və tetrahidroharmin kimi psixoaktiv alkaloidlər mövcuddur.

Qeyd olunub ki, bu maddələr elmi ədəbiyyatda “harmala alkaloidləri” və ya “beta-karbolin alkaloidləri” adlanır.

Məlumata görə, həmin birləşmələr mərkəzi sinir sisteminə təsir göstərərək neyrotransmitterlərin parçalanmasını ləngidir.

Nazirlik vurğulayıb ki, Azərbaycanda üzərliyin tüstülənməsi ənənəvi istifadə formasıdır və birbaşa qadağa yoxdur.

Lakin qanunvericiliyə əsasən, tərkibində psixotrop təsirli maddələr olan bitkilərin dövriyyəsi məhdudlaşdırıla bilər.

Bildirilib ki, bir sıra ölkələrdə üzərlik nəzarətə götürülən maddələr siyahısına daxil edilib.

Xüsusilə Rusiya Federasiyası 2024-cü il 7 yanvar tarixli qərarla bu bitkini narkotik vasitələr olan bitkilər siyahısına salıb.

Nazirlik xaricə səfər edən vətəndaşlara üzərlik və onun hissəciklərini üzərlərində daşımamağı tövsiyə edərək, əks halda ağır hüquqi nəticələrin yarana biləcəyini diqqətə çatdırıb.
Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.