Dünən, 12:45 0 Cəmiyyət / Sağlamlıq

Qaraciyər xəstəliklərinin ilkin əlamətləri nələrdir?

Qaraciyər xəstəliklərinin ilkin əlamətləri nələrdir?
Mütəxəssis mütəmadi müayinənin vacibliyini vurğulayır.

Ulusum.az xəbər verir ki,
qastroenteroloq-hepatoloq, endoskopist dr.Fərrux Nağıyev qaraciyər xəstəliklərinin erkən mərhələdə aşkar olunması üçün vətəndaşların diqqətli olmasının və vaxtaşırı tibbi müayinədən keçməsinin vacib olduğunu bildirib.

Həkimin sözlərinə görə, qaraciyər xəstəlikləri çox zaman ilkin mərhələdə açıq klinik əlamətlər vermədiyi üçün insanlar ildə ən azı bir dəfə profilaktik yoxlanışdan keçməlidirlər. Bu yanaşma xəstəliyin erkən diaqnostikasına və vaxtında müalicəsinə imkan yaradır.

Həkim qaraciyər xəstəliklərinin əsas əlamətlərini belə sadalayır:

Sağ qabırğaaltı nahiyədə yüngül ağrı və ya ağırlıq hissi, qarında şişkinlik – bu, qaraciyərin iltihabi prosesləri ilə bağlı ola bilər.

Dəridə dəyişikliklər – ləkələr, qaşınma. Bu hallar qanda bilirubinin yüksəlməsi ilə əlaqədar qaraciyər zədələnməsini göstərə bilər.

Halsızlıq, yorğunluq, iş qabiliyyətinin azalması, depressiv əhval – qaraciyərin zərərli maddələri zərərsizləşdirmə funksiyası pozulduqda toksinlərin təsiri nəticəsində yaranır.

Dəridə “hörümçək toru”na bənzər damar genişlənmələri (xüsusilə sinə və qarın nahiyəsində).

Göz ağında və dəridə sarılıq, bəzən ovuc içində və ayaqaltında sarımtıl rəng dəyişiklikləri.

İştahsızlıq və tez-tez ürəkbulanma – qaraciyər funksiyasının pozulmasının göstəricisi ola bilər.

Ağır hallarda yaddaş zəifləməsi, diqqət dağınıqlığı, ləng reaksiyalar – bu, qaraciyər mənşəli ensefalopatiyanın əlaməti kimi qiymətləndirilə bilər.

Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.